Ərdoğan qeyd edib ki, indiyədək 8 mindən çox insan dağıntılar altından xilas edilib.
Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişənləin sayı 3 549 nəfərə çatıb.
İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində yaralananların sayı isə 22 168 nəfərdir.
Həmçinin Ərdoğan qeyd edib ki, indiyədək 8 mindən çox insan dağıntılar altından xilas edilib.
O əlavə edib ki, Türkiyə Konstitusiyasının 119 maddəsi əsas götürülərək ölkənin 10 əyalətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilir.