Türkiyə: İsraillə ciddi tarixi və mədəni əlaqələrimiz var

Türkiyə: İsraillə ciddi tarixi və mədəni əlaqələrimiz var
Yayınlanma tarixi: 28.10.2022 11:58:01

"Bizim prezidentin İsrail prezidenti və baş naziri ilə qarşılıqlı görüşləri Türkiyə və İsrail arasındakı münasibətlərdə mühüm dönüş nöqtəsi oldu"

İslamazeri.com “Anadolu”-ya istinadən xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akara İsrail müdafiə naziri Beni Hanzın səfəri ilə bağlı danışıb.

Biz hesab edirik ki, bizim ikitərəfli əməkdaşlığımızın və dialoqumuzun genişləndirilməsi fikir ayrılıqlarımızın olduğu bəzi məsələlərin, xüsusilə də Fələstin ilə bağlı məsələnin həllinə səbəb olacaq“, – deyə o qeyd edib.

Xatırladaq ki, Akar Türkiyəyə rəsmi səfər etmiş Hanzı Milli Müdafiə Naziriyində hərbi mərasimlə qarşılayıb. Nazirlər əvvəlcə təkbətək görüşüblər, sonra isə nümayəndələr heyətlərinin görüşünə sədrlik ediblər. Danışıqlardan sonra tərəflər mətbuat üçün birgə bəyanatla çıxış ediblər.

Akar öz çıxışına İsrail müdafiə naziri Hanzın Türkiyə Milli Müdafiə Nazirliyində qəbulu ilə bağlı məmnunluğunu ifadə etməklə başlayıb:

Cənab Hanz İsrailin uzun fasilədən sonra bizim ölkəmizə gələn ilk müdafiə naziridir“.

Türkiyə və İsrail arasındakı münasibətlər barədə danışan Akar bildirib:

Bizim prezidentin İsrail prezidenti və baş naziri ilə qarşılıqlı görüşləri Türkiyə və İsrail arasındakı münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Türkiyə və İsrail bizim regionumuzdakı mühüm oyunçulardır. Eyni zamanda, bizim ciddi tarixi, mədəni əlaqələrimiz və ortaq dəyərlərimiz var. Əminəm ki, İsrail ilə münasibətlərin və əməkdaşlığın inkişafı regional sülh və stabillik məsələsində mühüm müsbət nəticələrə gətirib çıxaracaq və ciddi töhfə verəcək“.

Hanz ilə məhsuldar görüşün baş tutduğunu vurğulayan Akar qeyd edib:

Biz öz siyasətimizin tələblərini, maraqlarımızla bağlı məsələləri, baxışlarımızı, dəyərləndirmələrimizi və hislərimizi olduqca aydın ifadə etdik. Xüsusən də, biz regionumuzda stabillik, əməkdaşlıq və təhlükəsizliyin gələcək inkişafı planında nələrin edilə biləcəyi barədə məlumat və fikir mübadiləsi etdik“.

Türkiyə və İsrail arasında müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində ciddi təcrübənin mövcudluğuna toxunan Akar öz sözlərinə bu cür davam edib:

Münasibətlərin yeni mərhələsində biz öz tarixi təcrübəmizdən istifadə edərək bu məsələlər üzrə münasibətlərimizi necə yaxşılaşdıra biləcəyimizlə bağlı öz baxışlarımızı bölüşdük. Biz hesab edirik ki, ikitərəfi əməkdaşlığımızın və dialoqumuzun genişləndirilməsi bəzi məsələlərin, xüsusilə də fikir ayrılığımızın olduğu Fələstinlə bağlı məsələnin həllinə yardım edəcək. Demək istəyirəm ki, bu səfərin sayəsində bizim münasibətlərimiz inkişaf etməyə davam edəcək, dialoqumuz genişlənəcək, hər hansısa həllər tapılacaq və bu mənada bu səfər olduqca mühümdür“.
Akar öz çıxışının sonunda Hanza bu səfərinə görə bir daha öz təşəkkürünü bildirib:

Mən ümid edirəm ki, bu görüşlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına səbəb olacaq və regionda sülhü möhkəmlədəcək“.

GÜNÜN MANŞETLERİ