Türkiyə İsrailin fələstinlilərə hücumunu pisləyib

Türkiyə İsrailin fələstinlilərə hücumunu pisləyib
Yayınlanma tarixi: 8.03.2023 16:02:04

Türkiye İordan çayının qərb sahilində İsrail qüvvələrinin Fələstinliləri hədəfə götürən hücumlarını və zorakılıqları pisləyib.

Türkiye İordan çayının qərb sahilində İsrail qüvvələrinin Fələstinliləri hədəfə götürən hücumlarını və zorakılıqları pisləyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada bildirilib ki, İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi köçkünlərin artan təcavüz və zorakılıq aktlarını qəti şəkildə pisləyirik. İsrail qüvvələrinin Cenin qaçqın düşərgəsinə hücumu və yəhudi köçkünlərin İordan çayının qərb sahilinin Huvara şəhərinin fələstinli sakinlərinə qarşı həyata keçirdiyi zorakılıq və hədə-qorxu hərəkətləri qəbuledilməzdir. Artan bu hücum və hərəkətlər bölgədə gərginliyin tarıma çəkilməsinə və zorakılıqların artmasına gətirib çıxarır və müqəddəs Ramazan ayında gərginliyi azaltmaq üçün beynəlxalq səylərə zərər verir. Bu hücumların dayandırılması və zorakılığın qarşısının alınması üçün çağırışlarımızı təkrarlayırıq və İsrail hökumətini məntiqli, məsuliyyətli davranmağa dəvət edirik”.

Xatırladaq ki, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin Qaçqınlar Düşərgəsinə  etdiyi basq nəticəsində  6 fələstinli həyatını itirib, 26 nəfər yaralanıb.

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın təşkil edir və müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İlin əvvəlindən İsrail ordusu və yəhudi köçkünlərin açdığı atəş nəticəsində aralarında qadın və uşaqların da olduğu 74 Fələstinli həlak olub.

GÜNÜN MANŞETLERİ