Türkiyə İsrailə səfir təyin edib

Türkiyə İsrailə səfir təyin edib
Yayınlanma tarixi: 12.11.2022 11:23:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc olunan fərmana əsasən Şakir Özkan Torunlar Türkiyənin İsrail rejimindəki səfiri təyin olunub.

İslamazeri.com xəbər verir ki, Şakir Özkan Torunlar 1982-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1983-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.
O, müxtəlif ölkələrdə səfir vəzifələrində çalışıb. 2008-2010-cu illərdə Banqladeşdə səfir, 2010-2014-cü illərdə isə Qüds baş konsulu vəzifəsində Fələstində səfir vəzifəsinin səlahiyyətlərini icra edib. Eyni zamanda 2017-ci ildən 2021-ci ilin mayına qədər Hindistanda səfir olub.

GÜNÜN MANŞETLERİ