Türkiyə, İsrail ordusunun İordaniya çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə etdiyi basqını pisləyib.
İslamazeri.com Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib: “İsrail qüvvələrinin Nablus şəhərinə hücumu nəticəsində ən az 10 fələstinli həyatını itirib. 100-dən çox məsum insan yaralanıb. Həyatını itirənlərin arasında yaşlı və mülki şəxslər var. Bu qəbul edilməz hadisədi kəskin dillə qınayırıq. İsrail hakimiyyəti bu cür hücumları və təxribatları dərhal dayandırmalıdır. Hücumda həyatını itirən Fələstin qardaşlarımıza rəhmət diləyir, Fələstin dövlətinə və xalqına başsağlığı veririk”.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi, İsrail ordusunun şimal qərb sahilindəki Nablus şəhərinə verdiyi basqın nəticəsində 10 fələstinlinin öldürüldüyünü və 100-dən çox insanın yaralandığını açıqlayıb.