Türkiyə Azərbaycana 10 ədəd GPS stansiya verəcək

Türkiyə Azərbaycana 10 ədəd GPS stansiya verəcək
Yayınlanma tarixi: 1/16/2023 1:28:35 PM

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Türkiyənin Azərbaycana 10 ədəd GPS stansiya verməsi nəzərdə tutulur.

Bu barədə "İslamazeri.com"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində o, Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Tsunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.

Keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqa layihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.

Həmçinin Türkiyə tərəfindən gələcəkdə Azərbaycana 10 ədəd GPS stansiya verilməsinin də nəzərdə tutulduğu qeyd olunub.

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM