Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub

Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub
Yayınlanma tarixi: 12.01.2023 14:10:20

Bununla bağlı müvafiq əmr imzalanıb.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

İslamazeri.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Fərhad Verdiyev təyinat alıb.

Xatırladaq ki, bundan əvvəl həmin tibb müəssisəsinin direktoru Elviz Qasımov olub. O, ötən ilin dekabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayının 1-dən etibarən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və daha 8 tibb müəssisəsi TƏBİB-in idarəçiliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

GÜNÜN MANŞETLERİ