Tehranda Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Daimi Nümayəndələr Şurasının ilk iclası keçirilib.
İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
“Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində bu gün Tehranda Təşkilatın Daimi Nümayəndələr Şurasının ilk iclası keçirilib”, – deyə paylaşımda bildirilib.
Bugün #Tehran/da Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının 2023-cü il üzrə ilk iclası keçirilmişdir. ????????#Azerbaijan #ECO pic.twitter.com/gtvfMSv3lw
— Azerbaijan Emb. in Iran (@AzEmbIran) January 11, 2023