Təbriz Tibb Elmləri Universitetindən Türkiyəyə yardım

Təbriz Tibb Elmləri Universitetindən Türkiyəyə yardım
Yayınlanma tarixi: 17.02.2023 14:26:35

Təbriz Tibb Elmləri Universiteti Türkiyənin zəlzələ bölgəsinə 6 ton tibbi ləvazimat və avadanlıq göndərib.

Təbriz Tibb Elmləri Universiteti Türkiyənin zəlzələ bölgəsinə 6 ton tibbi ləvazimat və avadanlıq göndərib.

İslamazeri.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Təbrizdəki baş konsulu Çətin Tanır, Təbriz Tibb Elmləri Universitetinin rektoru Bəhmən Nəqipur və universitetin professor və tələbələrinin iştirakı ilə mərasim keçirilib.

Hazırlanan bu yük hava yolu ilə Türkiyəyə göndərilmək üçün Qızıl Ayparaya məxsus qatarlar vasitəsilə Tehrana göndərilib.

Baş konsul Çətin Tanır, "Zəlzələ baş verdiyi andan qardaş və dost ölkə İran yardım göndərməkdən çəkinmədi", - deyə qeyd edib.

Bundan əlavə, Tanır Çətin Xoy zəlzələsinin yaralarının hələ də davam etdiyi bir vaxtda Türkiyəyə bu cür yardımın göndərilməsini çox dəyərli gördüklərini və bu davranışı təqdir etdiklərini dilə gətirib.

Rektor Nəqipur zəlzələdə həyatını itirənlərə başsağlığı verib və zəlzələ baş verdiyi andan Türkiyənin Təbriz Baş Konsulluğuna tibbi ləvazimat və humanitar yardımdan əlavə, bir dəstək həkim qrupu göndərə biləcəklərini çatdırdıqlarını bildirib.

GÜNÜN MANŞETLERİ