Tarif Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib

Tarif Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib
Yayınlanma tarixi: 7.04.2023 10:35:21

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib.

İslamazeri.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.

GÜNÜN MANŞETLERİ