Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Yayınlanma tarixi: 20.04.2023 13:17:06

Bu barədə TƏBİB-dən bildirilib.

İşğaldan azad edilən Tərtər rayonunun Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

TƏBİB-dən "İslamazeri.com"a verilən xəbərə görə, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.

Mərkəzin binası təmirdən sonra istifadəyə verilib və 5 otaqdan ibarətdir. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda ASM-də təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.

Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.

GÜNÜN MANŞETLERİ