Suriyadan BMT-yə sərt reaksiya

Suriyadan BMT-yə sərt reaksiya
Yayınlanma tarixi: 16.02.2023 11:30:50

BMT-nin fevralın 6-da episentri Kahramanmaraş olan zəlzələlərdən zərərçəkən Suriyanın şimal-qərbindəki bölgələrə yardımının gecikməsi ölənlərin sayının artmasına səbəb olub.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) hazırladığı hesabatda deyilib.

BMT və onun qurumları, Suriyanın şimal-qərbində zəlzələlərdən zərərçəkmiş bölgələrə humanitar yardımlar gec çatdırmaqda günahlandırıb.

Hesabatda həmçinin qeyd edilib ki, “Suriyanın şimal-qərbinə BMT-nin yardımının gec çatması və zəlzələ ilə mübarizədə yerli yardım agentliklərinin təcrid olunması dağıntılar altında ölənlərin sayının artmasına səbəb olub”.

Suriyadakı zəlzələ qurbanlarına beynəlxalq yardımın çatdırılmasında gecikmələrə görə BMT səlahiyyətliləri tərəfindən iləri sürülən səbəblər əsassızdır deyilən hesabatda BMT-dən beynəlxalq yardımın gecikməsinin səbəbini konkret olaraq izah etmək üçün öz tərkibində istintaq aparması tələb olunub.

Qeyd edək ki, episentri Kahramanmaraş olan zəlzələlərdə Suriyada ən az 3 min 688 adam həyatını itirib, 14 min 749 nəfər yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatı ötən gün ölənlərin sayının 8500 olduğunu açıqlamışdı.

GÜNÜN MANŞETLERİ