Suriyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Yayınlanma tarixi: 13.02.2023 10:48:57

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regionu Fövqəladə Hallar üzrə Direktoru Riçard Brennan məlumat yayıb.

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərdən təsirlənən Suriyada ölü sayı 8500 nəfərə çatıb. Bu rəqəmin arata biləcəyi ehtimal olunur.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regionu Fövqəladə Hallar üzrə Direktoru Riçard Brennan məlumat yayıb. O: “ Zəlzələlər nəticəsində Suriyada həyatını itirənlərin sayı 8500 nəfərə çatıb. Konkret rəqəm demək çətindir, sayı günü-gündən artır. Ancaq bu günə məxsus məlumatlara görə Suriya hökumətinin nəzarəti altında olan bölgələrdə təxminən 4 min adam həyatını itirib, 2 min 500 nəfər yaralanıb, Suriyanın şimal-qərbində isə 4 min 500 nəfər ölüb, 7 min 500 adam bədən xəsarəti alıb. Bu rəqəmlərin arta biləcəyi güclü ehtimaldır”.

Ötən həftə Türkiyənin 10 şəhərində baş verən və minlərlə insan həyatını itirməsi ilə nəticələnən 7,7 və 7,6 bal gücündə zəlzələlər “əsrin Fəlakəti”-deyə xarekterizə edilib

GÜNÜN MANŞETLERİ