Suriyada terror hücumu olub, ölən və yaralananlar var

Suriyada terror hücumu olub, ölən və yaralananlar var
Yayınlanma tarixi: 3/8/2023 6:00:29 PM

Bu gün səhər saatlarında Suriyanın Deyr əz-Zor şəhərində minanın partlaması nəticəsində 3 Suriya vətəndaşı həlak olub, 7 nəfər isə yaralanıb.

İslamazeri.com xəbər verir ki, Suriya hökumətinin rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Deyr əz-Zorda bu hücumu terrorçu qruplar həyata keçirib.

Xəbər mənbələri çərşənbə axşamı səhər Suriyanın şimalında yerləşən Hələb şəhərində güclü partlayışların baş verdiyini açıqlayıb.

Bu xəbərin ardınca bir sionist təhlükəsizlik və kəşfiyyat mənbəsi də öz Tvitter səhifəsində sionistlərin Hələb beynəlxalq hava limanına qarşı hava hücumlarının davam etdiyini və Suriya Ordusunun hava hücumundan müdafiəsinin aktivləşdirildiyini bildirib.

Hərbi mənbənin Suriyanın rəsmi xəbər agentliyi SANA-ya verdiyi məlumata görə, dünən gecə saat 02:07-də sionist rejim Aralıq dənizindən hava hücumu həyata keçirərək, Latakiyanın qərbindəki Hələb beynəlxalq hava limanını hədəfə alıb.

Bu hücum hava limanına maddi ziyan vurub və hava limanının xidmətdən çıxması ilə nəticələnib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM