Suriyada məsciddə partlayış: Ölənlər var

Suriyada məsciddə partlayış: Ölənlər var
Yayınlanma tarixi: 12/26/2025 3:35:38 PM

Suriyanın Homs şəhərindəki məsciddə partlayış baş verib. Ən azı üç nəfər ölüb, beş nəfər yaralanıb.

İslamazeri.com xəbər verir ki, cümə günü Suriya dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Homs əyalətindəki Şiə İmam Əli məscidində baş verən partlayış nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

Livanda yerləşən "Əl Mayadeen" xəbər agentliyi də Homs əyalətindəki Şiə İmam Əli məscidində partlayış baş verdiyini bildirib.

Ərəb mətbuatında ilkin məlumatlara görə, hücumçu cümə namazı zamanı özünü partladıb.

GÜNÜN MANŞETLERİ