Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır

Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır
Yayınlanma tarixi: 2/21/2026 12:45:28 PM

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.

İslamazeri.com xəbər verir ki, AYNA-dan verilən məlumata görə, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.

Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.

Qeyd edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

GÜNÜN MANŞETLERİ

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycan XİN-nin iftar süfrəsində Qəzza mesajı - FOTO

2/25/2026 12:20:01 AM
İordaniya kralından İran xəbərdarlığı
DÜNYA / İSLAM DÜNYASI

İordaniya kralından İran xəbərdarlığı

2/25/2026 12:09:25 AM
Orucun bədənə faydaları
DİN

Orucun bədənə faydaları

2/24/2026 5:39:09 PM