Bu barədə İslami Təbliğat Koordinasiya Şurasının rəhbəri Abbas Səfdari bildirib.
İranın Sistan və Bəlucistan əyalətində iki günlük matəm elan olunub.
İslamazeri.com "Shafaqna"ya istinadən xəbər verir ki, bu barədə İslami Təbliğat Koordinasiya Şurasının rəhbəri Abbas Səfdari bildirib.
O Ayətullah Süleymaninin bu əyalətdə sui-qəsd nəticəsində öldürülməsilə bağlı 2 günlük ictimai matəm elan edildiyini ictimaiyyətə çatdırıb.
Xatırladaq ki, İranın Mazandaran ostanının Babülsər şəhərində Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymani bankda avtomat silahdan atəş açılması nəticəsində həyatını itirib.