Səudiyyənin PUA hücumu nəticəsində Yəməndə 3 uşaq ölüb

Səudiyyənin PUA hücumu nəticəsində Yəməndə 3 uşaq ölüb
Yayınlanma tarixi: 25.01.2023 10:22:11

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya qüvvələrinin Yəməndə həyata keçirdiyi pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində mülki şəxslərin həlak olduğu bildirilib.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiya qüvvələrinin Yəmənin Hudeyda əyalətində pilotsuz uçuş aparatının (PUA) həyata keçirdiyi hücumda 3 uşaq ölüb, 1 nəfər isə yaralanıb.

Yanvarın 17-də Səudiyyə Ərəbistanı ordusu artilleriya zərbələri ilə Səada əyalətinin sərhəddəki Şada qəsəbəsini hədəfə alıb. Hücum nəticəsində bir mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.

GÜNÜN MANŞETLERİ

Qəlb necə daşlaşır?
DİN

Qəlb necə daşlaşır?

1.02.2023 18:31:25
Son sutkadakı yoluxma sayı açıqlandı
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlandı

1.02.2023 16:38:17