Səudiyyə Yəməndə can almağa davam edir

Səudiyyə Yəməndə can almağa davam edir
Yayınlanma tarixi: 2/4/2023 3:28:16 PM

Qurbanların yarısının uşaqlar olduğu bildirilib.

Yəmən mənbələri yanvar ayında Hudeydə, Səna, Cəvf və Səada əyalətlərində 14 nəfərin öldürüldüyünü, 16 nəfərin isə yaralandığını açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəmənin minalardan təmizlənməsi üzrə icra mərkəzi elan edib ki, Səudiyyə koalisiyasına aid döyüş sursatlarının qalıqları Hudeydə, Səna, Cəvf və Səada əyalətlərində can almağa davam edir, yanvar ayında 14 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu mərkəzin hesabatına görə, bu qurbanların yarısı uşaqlardır və fevralda son üç gündə 10-dan çox insan yaralanıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının izləməsinə baxmayaraq, bu günə qədər Səudiyyə koalisiyası mina detektorlarının və digər döyüş sursatlarının idxalına icazə vermir.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM