Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Saada əyalətinə hücum edib.
Yəmən mənbələri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Səadaya təşkil etdiyi hücumda bir mülki vətəndaşın öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
İslamazeri.com xəbər verir ki, Al-Masirah telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Saada əyalətinə hücum edib.
Hücum nəticəsində bir yəmənli mülki şəxs həlak olub, ikisi isə yaralanıb.
Yəmənli hərbi mənbə həmçinin Səudiyyə koalisiya qüvvələrinin son bir neçə saat ərzində Yəmənin qərbində yerləşən Hudeyda şəhərində atəşkəsi 56 dəfə pozduğunu açıqlayıb.
Xatırladaq ki, aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs 2 oktyabr 2022-ci ildə başa çatıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumlar həyata keçirir.