2023-cü il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait açıqlanıb.
İslamazeri.com xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə bildirilib ki, səhiyyə sahəsinə 1 906 389 453, 0 manat vəsait ayrılması proqnozlaşdırılır.
Bu, 2022-ci illə müqayisədə 11,5 faiz çoxdur. Keçən il səhiyyə xərcləri üçün 1 708 797 316 manat vəsait ayrılıb.
Bu vəsaitin 1 802 885,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 384 285, 0 manatı xəstəxanalara, 2 517 963, 0 manatı səhiyyə sahəsində tədqiqatlara, 1 730 684 320,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, o cümlədən icbari tibbi sığorta fonduna (1 263 820 170,0 manat) ayrılacaq.