"Sanksiyalar bizim qərarlılığımızı sarsıtmayacaq"

Yayınlanma tarixi: 30.10.2021 14:51:36

Bu sözləri İran XİN rəsmisi Səid Xətibzadə ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar barədə danışarkən qeyd edib.

İran XİN rəsmisi Səid Xətibzadə ABŞ-ın rəsmi Tehrana qarşı yeni sanksiyalarını pisləyib.

 

Bu təzyiq və sanksiyalar İslam Respublikasının İran xalqının təhlükəsizlik və dincliyini müdafiə etmək qərarlılığını sarsıtmayacaq”, - deyə o bildirib.

İslamazeri.com "Az.rasthaber.com"-a istinadən xəbər verir ki, o, Vaşinqtonun yeni sanksiyalarının Ağ Evin tamamilə ziddiyətli rəftarına dəlalət etdiyini deyib.

Nüvə sazişinə geri dönmək niyyətində olduğunu deyən və Trampın istifadə etdiyi eyni metoddan istifadə edən – yeni sanksiyalar tətbiq etməyə davam edən hökumət göstərir ki, o, əslində etimada səbəb olmur”, - deyə Xətibzadə qeyd edib.

İranlı rəsmi əlavə edib ki, ABŞ-dakı müxtəlif hökumətlər İran reallıqlarını anlamaq qabiliyyətində olmadıqlarını göstərib.

Xətibzadə sözünə davam edərək deyib ki, Ağ Evin bu hərəkətləri – maksimum təzyiq və sanksiyalar siyasətini indiyədək heç bir nəticə verməyib və bundan sonra da verməyəcək.

GÜNÜN MANŞETLERİ