Rusiya və Ukrayna ombudsmanları yanvarın 12-14-də Türkiyədə görüşməyi planlaşdırır.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat verib.
Moskalkova bildirib ki, Türkiyədə keçiriləcək foruma müxtəlif ölkələrdən çox sayda ombudsman qatılacaq.
''Biz belə bir görüşü planlaşdırırıq. Görüşün mümkünlüyünü və danışıqlarımızın mümkün aparıcı gündəliyini müzakirə edirik”,-deyə Tatyana Moskalkova bildirib.
Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitro Lubinets də Türkiyədə Rusiya tərəfi ilə görüşün planlaşdırıldığını bildirib.