Resurslarımızı bombalara sərf etmək istəmirik - Şahbaz Şərif

Resurslarımızı bombalara sərf etmək istəmirik - Şahbaz Şərif
Yayınlanma tarixi: 17.01.2023 16:05:57

Pakistanın baş naziri Hindistanın baş nazirini danışıqlara çağırıb

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın baş naziri Narendra Modini ölkələri arasındakı Cammu və Kəşmir daxil olmaqla bütün məsələlərin həlli üçün ciddi və səmimi danışıqlara çağırıb.

 Şahbaz Şərif ''Əl-Ərəbiyyə'' telekanalına verdiyi müsahibədə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Hindistan və Pakistanı masa arxasına oturtmaqda mühüm rol oynaya bilər.

Şahbaz Şərif Hindistanın baş naziri Narendra Modini ölkələri arasındakı Cammu və Kəşmir daxil olmaqla bütün məsələlərin həlli üçün ciddi və səmimi danışıqlara çağırıb.

Cammu və Kəşmirdə insan haqları pozuntularının çox dəhşətli həddə çatdığını və ölkədəki azlıqların da təqib edildiyini vurğulayan Şahbaz Şərif Hindistanın dünyaya danışıqlara hazır olduğunu göstərmək üçün bunun qarşısını almasının vacibliyini vurğulayıb.

Şahbaz Şərif bildirib ki, Hindistan və Pakistan iki qonşu ölkədir və onlar birlikdə yaşamalıdırlar.

"Sülh içində yaşamaq və irəliləyiş əldə etmək və ya bir-birimizlə mübahisə etmək, vaxt və resursları itirmək bizdən asılıdır'',-deyə Şahbaz Şərif qeyd edib.

Şahbaz Şərif Hindistan və Pakistanın keçmişdə 3 dəfə döyüşdüyünü və bunun xalqa daha çox yoxsulluq və işsizlik gətirdiyini xatırladıb.

"Biz dərsimizi aldıq və gerçək problemlərimizi həll edə bildiyimiz müddətdə sülh içində yaşamaq istəyirik'',-deyə Pakistanın Baş naziri qeyd edib.
Yoxsulluğu azaltmaq, firavanlığa nail olmaq, insanlara təhsil, səhiyyə müəssisələri və iş imkanları təqdim etmək istədiklərini vurğulayan Pakistanın Baş naziri deyib: “Biz resurslarımızı bomba və sursata sərf etmək istəmirik. Bu, mənim baş nazir Modiyə mesajımdır”.

GÜNÜN MANŞETLERİ