Rəisi və Putin arasında telefon danışığı olub

Rəisi və Putin arasında telefon danışığı olub
Yayınlanma tarixi: 20.01.2023 10:32:08

İran prezidenti Seyid İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İran prezidenti Seyid İbrahim Rəisi ötən gecə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, danışıq zamanı Rəisi iki ölkə arasında enerji və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılaşmaların konstruktiv və müsbət olduğunu bildirib.

Suriya məsələsinin də müzakirə olunduğu görüşdə bunun həllində əsas mexanizm kimi Astana formatında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd edilib.

GÜNÜN MANŞETLERİ