Bunu Tehranda adsız şəhidlər üçün təşkil edilən dəfn mərasiminə qatılan İran prezidenti Seyid İbrahim Rəisi deyib.
"Düşmənin İrana maksimum təzyiq siyasəti məğlubiyyətə uğradı"
İslamazeri.com xəbər verir ki, bunu Tehranda adsız şəhidlər üçün təşkil edilən dəfn mərasiminə qatılan İran prezidenti Seyid İbrahim Rəisi deyib.
Rəisi çıxışında düşmənlərin İrana qarşı maksimum təzyiq siyasətinin məğlubiyyətə uğradıldığını bildirib.
"Düşmən İranın irəliləməsini əngəlləmək üçün var gücündən istifadə etdi, lakin bu gün onlar özləri də etiraf etdilər ki, bütün maksimum təzyiqləri əbəsdir", - Rəisi bildirib.
Fələstin məsələsinə toxunan Rəisi deyib:
"Əvvəllər Fələstin Azadlıq Təşkilatları öz masalarında Fələstin xalqı adına qərarlar alırdılar, indi isə Fələstin mücahidləri özləri öz qərarlarını verirlər".