Ərdoğan və Sudani arasında telefon danışığı olub

Ərdoğan və Sudani arasında telefon danışığı olub
Yayınlanma tarixi: 1/11/2023 11:01:26 AM

Telefon danışığında Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd əl-Sudani arasında telefon danışığı olub.

Bildirilib ki, telefon danışığında Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə hər sahədə daha da güclənəcəyinə inandığını bildirib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan terror təşkilatı PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM