Biz də Şuşada Baş konsulluq açırıq.
İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
O, regionda avtomobil yolları ilə yanaşı dəmir yollarının da çəkilməsinin vacibliyini vurğulayıb:
“Bunlar başa çatan kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”.
Rəcəb Tayyib Ərdoğan Şuşanın Azərbaycanın ən mühüm cazibə mərkəzi olduğunu deyərək bildirib:
“İlham bəy (Azərbaycan Prezidenti İlham Əliyev - red.) bundan sonra tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş Konsulluq açırıq”.