Ərdoğan Putinlə Suriya və Ukraynanı müzakirə etdilər

Ərdoğan Putinlə Suriya və Ukraynanı müzakirə etdilər
Yayınlanma tarixi: 5.01.2023 15:25:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İslamazeri.com xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, tərəflər enerji başda olmaqla Türkiyə-Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Suriya daxil olmaqla regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini və gücləndirməyə davam etdiklərini ifadə edərək bu mövzuda ən qısa zamanda yol xəritəsini tamamlayıb həyata keçirmək üçün  konkret addımlar atmağı hədəflədiklərini bildirib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələrin, taxıl dəhlizi, əsir mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona ilə bağlı təşəbbüslərin müsbət nəticələrinin şahidi olduqlarını xatırladan Rəcəb Tayyib Ərdoğan bildirib ki, sülh və danışıqlarla bağlı çağırışlar ədalətli həll baxışı ilə dəstəklənməlidir.

Separatçı terror təşkilatı PKK/PYD/YPG-nin Türkiyenin sərhəd bölgələrindən, xüsusilə Tel Rıfat və Münbiçdən təmizlənməsi üçün konkret addımlar atılmasının vacibliyini vurğulayan Ərdoğan Suriya mövzusunda konkret nəticə əldə etmək üçün Suriya hökümətinin konstruktiv olması və siyasi prosesdə müəyyən addımlar atmasının əhəmiyyətini qeyd edib.

GÜNÜN MANŞETLERİ