Ərdoğan: Polşaya raket düşməsi məsələsində Rusiyanın əli yoxdur

Ərdoğan: Polşaya raket düşməsi məsələsində Rusiyanın əli yoxdur
Yayınlanma tarixi: 16.11.2022 14:00:42

"Polşaya raket düşməsi məsələsində Rusiyanın əli yoxdur".

İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Mən Rusiyanın mövqeyinə hörmət etmək məcburiyyətindəyəm. (Rusiya) bəyan etdi ki, bu, onun raketi deyil. Bizim üçün bu mühümdür“, - deyə o qeyd edib.

Ərdoğan Polşanın şərqində baş verən hadisənin detallı şəkildə araşdırılması ilə bağlı çağırış da edib.

Bundan başqa, o, ABŞ prezidenti Co Baydenin həmin raketlərin Rusiya istehsalı olmaması ilə bağlı sözlərini də mühüm adlandıb.

O deyib ki, həmin raketlərin Rusiyaya məxsus olmasında israr etmək bu məsələni təhrik edəcək.

Bununla bağlı biz hesab edirik ki, təxribat kimi bir metod düzgün deyil“, – deyə o əlavə edib.

GÜNÜN MANŞETLERİ