“İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir və biz öz təhlükəsizlik narahatlıqlarımızı dəstəkləyən bir İsveç görmək istəyirik”.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün paytaxt Ankarada olann İsveçin Baş naziri Ulf Kristerssonu qəbulundan sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
İsveçin NATO-ya üzvlüyü və üçtərəfli memorandumun tam şəkildə həyata keçirilməsindən sonra münasibətlərə müttəfiqlik ölçüsünün əlavə olunması üçün səmimi arzularını dilə gətirən dövlət başçısı “İsveç öz təhlükəsizliyi üçün NATO-ya üzv olmaq istəyir və biz də öz təhlükəsizlik narahatlıqlarımızı dəstəkləyən İsveçi görmək istəyirik. PKK/PYD/YPG, FETÖ və DHKP-C terror təşkilatlarının İsveçin demokratik mühitindən sui-istifadə etməsinin qarşısı alınmalıdır” deyib.
Ərdoğanla görüşlərində təhlükəsizlik təhdidlərin toxunduqlarını dilə gətirən İsveçin Baş naziri Ulf isə öz növbəsində deyib ki, mənim də mesajım çox açıqdır. İsveç bunu başa düşür; Türkiyə PKK terror təşkilatına qarşı qanlı mübarizə aparır və minlərlə türk bu mübarizənin qurbanı olmaq məcburiyyətində qalıb. Deyirəm ki, bunu anlayırıq və əslində İsveç Türkiyəyə terrora qarşı mübarizədə kömək etmək istəyir. İsveç PKK-nı terror təşkilatı hesab edir. Türkiyəyə qarşı üzərimizə götürdüyümüz bütün öhdəliklərə (terrorla mübarizədə) əməl edəcəyik. Həmçinin terrorla mübarizə qaydaqanunu mövzusunda bu ilin sonu və gələn ilin əvvəlində ciddi addımlar atacağıq.