Ərdoğan BƏƏ-nin vəliəhd şahzadəsini qəbul edib

Ərdoğan BƏƏ-nin vəliəhd şahzadəsini qəbul edib
Yayınlanma tarixi: 24.11.2021 17:15:32

BƏƏ-nin vəliəhd şahzadəsinin son 10 ildə ilk dəfə Ankaraya səfər etdiyi bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyanı Ankarada qəbul edib.

İslamazeri.com APA-ya istinadla xəbər verir ki, Türkiyə Prezidenti və BƏƏ-nin vəliəhd şahzadəsi ölkələr arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirəcəklər.

Tərəflər əməkdaşlığın inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda, başda Liviya və Suriya olmaqla aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Qeyd edək ki, BƏƏ-nin vəliəhd şahzadəsi son 10 ildə ilk dəfədir Ankaraya səfər edir. BƏƏ və Türkiyənin münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəlməsindən sonra bu səfər simvolik dönüş nöqtəsi hesab olunur.

GÜNÜN MANŞETLERİ