Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı
Yayınlanma tarixi: 4/19/2026 10:00:01 AM

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı

"Ordu xalqın evlərindən doğan millətin övladı kimidir“.

İslamazeri.com xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Müctəba Xamenei bəyan edib.

O bildirib ki, İslam Respublikasının Ordusu “ABŞ-ın, Pəhləvi rejiminin davamçılarının və İranı parçalamaq istəyən separatçıların məkrli planlarına qarşı çıxaraq tarix yazdı“.

Ayətullah Müctəba Xamenei qeyd edib ki, İran Ordusu “bu gün öz torpağını, suyunu və bayrağını cəsarətlə müdafiə edir“.

O deyib ki, İran ordusu digər silahlı qüvvələrdəki silahdaşları ilə çiyin-çiyinə dayanaraq küfr və təkəbbürün aparıcı qüvvələrinə qarşı mübarizə aparır və onların zəifliyini, acizliyini bütün dünyaya nümayiş etdirir.

Ölkənin Ali rəhbəri bildiri bki, İran ordusunun pilotsuz uçuş aparatları ABŞ və sionist İsrail qüvvələrini ildırım kimi vurduğu kimi, onun cəsur donanması da düşmənlərinə yeni ağır zərbələr endirməyə hazırdır.

O bildirib ki, “İran ordusunun qəhrəman donanması düşmənlərinə yeni sarsıdıcı məğlubiyyətlər yaşatmağa hazırdır“.

Ayətullah Müctəba Xamenei vurğulayıb ki, “şəhid olmuş rəhbər Ayətullah Xamenei ordunun ləğvi ilə bağlı səsləndirilən təhlükəli çağırışların qarşısını almaq və ordunun imkanlarını gücləndirmək üçün əlindən gələni edib“.

Ölkəni şərqdən qərbə, şimaldan cənuba qoruyan ordunun müxtəlif imkanlarının artımı davam etməli və bunun üçün zəruri göstərişlər yaxın zamanda veriləcək“, – deyə o qeyd edib.

İslam Respublikasının Ali lideri sonda bildirib: “Uca Allahın salamı və bərəkəti İran İslam Respublikasının Ordusunun bütün mücahidlərinin üzərinə olsun“.

GÜNÜN MANŞETLERİ

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı

4/19/2026 10:00:01 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

4/18/2026 1:19:48 PM