Qusarda bir nəfər hovuzda boğularaq ölüb

Qusarda bir nəfər hovuzda boğularaq ölüb
Yayınlanma tarixi: 11.01.2023 10:10:49

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qusarda hovuza düşən şəxs boğulub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

GÜNÜN MANŞETLERİ