Quranla dərman: "Nisa" surəsinin fəzilətləri

Quranla dərman:
Yayınlanma tarixi: 1.10.2022 10:22:54

İslamazeri.com-un Din rubrikasından...

İslamazeri.com: "Nisa" surəsi 176 ayə, 3845 kəlmədir.

Ubeyy ibn Kəb rəvayət edir ki, Peyğəmbər (s) buyurdu:

"Kim bu surəni oxusa, sanki hər bir müstəhəqqə sədəqə vermiş, bir qulu azad etmişdir. O, müşriklikdən uzaq olar, günahları bağışlanar və Allah-Taala ondan razı qalar".

Əyaşi İmam Əlidən (ə) rəvayət edir: "Kim hər cümə bu surəni oxusa, qəbrin sıxmasından amanda qalar".

Əgər bir şey itsə, aşağıdakı ayəni təzə qaba yazıb, yağış suyu ilə yumaq və o yerə səpmək lazımdır:

"İnnəllahə yə`murukum ən tuəddul-əmanəti ila əhliha və iza həkəmum bəynən-nasi ən təhkumu bil ədli innəllahə niimma yənzukum bihi innəllahə kanə səmiən bəsira".

Mənbə: Zikrlərin xətmi, səh.170

GÜNÜN MANŞETLERİ