İslamazeri.com-un Din rubrikasından...
Peyğəmbər (s) buyurmuşdur:
"Kim Ali-İmran surəsini oxusa, Allah-taala və mələklər gün batana qədər ona salavat göndərələr".
Abdullah ibn Məsud rəvayət edir ki, kim Ali-İmran surəsini oxusa, dövlətlənər. Peyğəmbər (s) buyurmuşdur: "Bəqərə və Ali-İmran surələrini öyrən ki, parlaq ulduzdular. Qiyamət günü iki mələk surətində gəlib oxuyana şəfaət edərlər və cənnətə apararlar".
"Kim cümə gecəsi bu iki surəni oxusa, qiyamət günü ona iki qanad verərlər. Nəticədə o, siratı quş kimi uçub keçər".
"Kim Ali-İmran surəsini oxusa, hər ayə müqabilində ona cəhənnəm odundan bir amannamə verərlər. Kim cümə günü oxusa, Allah və mələklər günəş batana qədər ona salavat göndərərlər".
Mənbə: Zikrlərin xətmi, səh.168
İslamazeri.com