Qəzzada şəhid olan jurnalist jurnalistlərinin sayı 71-ə çatıb

Qəzzada şəhid olan jurnalist jurnalistlərinin sayı 71-ə çatıb
Yayınlanma tarixi: 1.12.2023 16:18:25

İsrailin Qəzzaya yeni hücumlarında Əl-Əqsa televiziyasının müxbirinin şəhid olması ilə oktyabrın 7-dən bu yana jurnalist şəhidlərinin sayının 71-ə çatdığı açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Qəzza hökumətinin media ofisi Əl-Əqsa televiziyasının müxbiri Abdullah Dərvişin sionist rejimin Qəzza zolağına yeni hücumları zamanı şəhid olduğunu açıqlayıb.

Bildirilib ki, bu jurnalistin şəhid olması ilə oktyabrın 7-dən bu yana şəhid olan jurnalistlərin sayı 71-ə çatıb.

Qəzzədəki hökumətin media idarəsi vurğulayıb ki, sionist rejim jurnalistləri və media mənsublarını hədəfə alır ki, həqiqəti gizlətsin və jurnalistləri qorxutmaqla öz işlərini görməsinlər.

HƏMAS və sionist rejim arasında barışıq çərçivəsində noyabrın 24-ü cümə günü saat 08:00-da qüvvəyə minən “humanitar fasilə” bu gün səhər saatlarında başa çatıb.

Atəşkəs başa çatdıqdan sonra sionist rejim ordusu Qəzza zolağına hücumlarını bərpa edib.

GÜNÜN MANŞETLERİ