Sionist İsrailin oktyabrın 7-də Qəzza zolağına qarşı başlatdığı hücumlarda həyatını itirənlərin sayı 23 min 210 nəfərə yüksəlib.
İslamazeri.com xəbər verir ki, İsrailin Qəzza zolağına oktyabrın 7-də başlayan hücumları 95 gündür ki, davam edir.
Qəzzanın Səhiyyə Nazirliyi sionist rejim ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda şəhid olanların sayının 126 nəfər artaraq 23 min 210 nəfərə çatdığını açıqlayıb.
Açıqlamaya görə, təxminən 7 min adam dağıntılar altındadır.