Qəzza zolağındakı Səhiyyə Nazirliyi, İsrailin bölgəyə yanacaq və humanitar yardım çatdırılmasına mane olması səbəbindən qışın əvvəlindən bəri 10 uşağın soyuqdan öldüyünü açıqlayıb.
İslamazeri.com xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada məsələ ilə bağlı məlumat verilib.
Açıqlamada deyilir: "3 aylıq Əli Əbu Zur Əl-Əqsa Şəhidləri Xəstəxanasında həddindən artıq soyuqdan vəfat edib".
Qışdan bəri Qəzzada soyuqdan qorunma olmaması səbəbindən ölən uşaqların sayının 10-a çatdığı bildirilib.
Qeyd edək ki, iİsrailin atəşkəsə baxmayaraq yardım çatdırılmasını məhdudlaşdırdığı Qəzza zolağında yüz minlərlə insan müvəqqəti çadırlarda yaşamaq üçün mübarizə aparır.