Qətərin baş naziri ölkəsinin sionist rejimlə müharibə etmədiyini, lakin Fələstin torpağının işğal altında olduğunu bildirib.
İslamazeri.com xəbər verir ki, “Russia Today” şəbəkəsinin saytının məlumatına görə, Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun konfransında deyib: "Biz İsraillə müharibə aparmırıq, lakin bu həqiqətdir ki, İsrail Fələstin torpağını işğal edir."
Daha sonra Qətərin baş naziri və xarici işlər naziri ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra əfqanlar üçün dəqiq bir yol xəritəsinin müəyyən edilmədiyini açıqlayıb.
O əlavə edərək deyib: Son zamanlar ABŞ-ın vasitəçiliyi ilə sionist rejim ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin demək olar ki, normallaşması barədə söhbətlər artıb. Ər-Riyad bu danışıqlara susur.