Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
İslamazeri.com xəbər verir ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
Haqqin.az-ın məlumatına görə, hadisə nəticəsində Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü, neft bazasında yanacağın boşaldılması və ötürülməsi üzrə operator işləyən Şamil İbrahimov həlak olub. O, ölümcül yanıq xəsarətləri alıb.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.