Qara dənizdə yeni zəngin qaz yatağı aşkar etmişik - Ərdoğan

Qara dənizdə yeni zəngin qaz yatağı aşkar etmişik - Ərdoğan
Yayınlanma tarixi: 27.12.2022 09:43:11

Türkiyə Qara Dənizdə ümumi həcmi 58 milyard kubmetr olan təbii qaz yatağı aşkarlayıb.

 İslamazeri.com xəbər verir ki, Türkiyə aparılan kəşfiyyat işləri nəticəsində Qara Dənizdə ümumi həcmi 58 milyard kubmetr olan təbii qaz yatağı aşkarlayıb.

Bununla da Türkiyənin Qara dənizdə aşkarlanan qaz ehtiyatı 710 milyard kubmetrə çatıb.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib.

“Fateh” kəşfiyyat-qazma gəmisinin “Çaycuma-1” adlı yataqda tapdığı təbii qaz ehtiyatları dənizin 3023 metr dərinliyində yerləşir.

GÜNÜN MANŞETLERİ