Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq
Yayınlanma tarixi: 8.01.2023 14:28:10

Bazar ertəsi Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

İslamazeri.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Yanvarın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ