Qanunsuz saxlanılan 12 ov tüfəngi götürülüb

Qanunsuz saxlanılan 12 ov tüfəngi götürülüb
Yayınlanma tarixi: 12.01.2023 11:30:53

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

GÜNÜN MANŞETLERİ