Qanunsuz qum daşıyan şəxlər barədə protokol tərtib edilib

Qanunsuz qum daşıyan şəxlər barədə protokol tərtib edilib
Yayınlanma tarixi: 17.02.2023 11:08:35

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qanunsuz qum daşıyan şəxlər barədə protokol tərtib edilib.

Bu barədə "İslamazeri.com"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsində keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında “Shacman” markalı 90 TL 580 və “Howo” markalı 77 FD 821 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz qum daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Elmin Əliyev və Xaliq Abdullayev olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.

“Ərazinin nəzarətdə saxlanılması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinə və Xəzər Rayon Polis İdarəsinə müraciət olunub”.

GÜNÜN MANŞETLERİ