Qalibaf: ABŞ-ın yalnız bir çıxış yolu var...

Qalibaf: ABŞ-ın yalnız bir çıxış yolu var...
Yayınlanma tarixi: 4/13/2026 10:07:32 AM

Qalibaf: ABŞ-ın yalnız bir çıxış yolu var...

İslamazeri.com xəbər verir ki, Pakistanda ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinə qayıtdıqdan sonra mətbuata açıqlama verib.

Qalibaf danışıqların "çox gərgin, ciddi və çətin" olduğunu bildirib və əlavə edib ki, danışıqların ortasında iki dəfə hücuma məruz qaldıqları üçün ABŞ tərəfinə etibar etmədiklərini əvvəldən bildiriblər.

Qalibaf 20 saatdan çox davam edən danışıqları apardıqlarına görə İran nümayəndə heyətinə təşəkkür edərək, ABŞ-ın təhdidlərinin İran xalqına heç bir təsiri olmadığını və bunu sübut etdiklərini bildirib.

"Əgər ABŞ özü üçün bir çıxış yolu tapmaq istəyirsə, bunun yalnız bir yolu var və bu da qərar qəbul etmək və İran xalqının etimadını qazanmaqdır", Qalibaf ABŞ-a müraciət edərək deyib:

"Əgər döyüşsəniz, biz də döyüşəcəyik və məntiqlə yanaşsanız, məntiqlə cavab verəcəyik. Heç bir təhdidə boyun əyməyəcəyik. Əgər onlar iradəmizi bir daha sınasalar, onlara daha böyük bir dərs verəcəyik."

ABŞ-ın vitse-prezidenti JD Vance bazar günü Pakistanın İslamabad şəhərində İranla birbaşa danışıqların "razılaşma olmadan başa çatdığını" açıqladı.

İran mediası ortaq razılığa gəlinməməsinin səbəbinin ABŞ-ın həddindən artıq tələbləri olduğunu bildirdi.

GÜNÜN MANŞETLERİ