Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Pandemiya dövründə fəaliyyət göstərmiş modul tipli xəstəxanalarla bağlı layihə hazırdır.
İslamazeri.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin xəstəxanaların digər fəaliyyətlər üçün əhaliyə xidmət göstərməsi nəzərdə tutulur:
"Məqsəd vətəndaşlara yaxın ərazilərdə xəstəxanalara əlçatanlığı təmin etməkdir. Modul xəstəxanaların təyinatı dəyişdirilərək fəaliyyətləri təmin olunacaq".