Paludan: "Hər cümə Quranı yandırmağa davam edəcəm"

Paludan:
Yayınlanma tarixi: 27.01.2023 14:16:47

"İsveç NATO üzvü olana qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıracağam".

Ötən həftə İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranı yandıran ifrat sağçı siyasətçi Rasmus Paludan növbəti təxribatçı açıqlama verib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Paludan açıqlamalarında bildirib:

İsveç NATO üzvü olana qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıracağam.

Bu gün Danimarkanın paytaxtı Kopenhagendə məscidin qarşısında 3 dəfə, Rusiya səfirliyinin qarşısında bir dəfə, Türkiyə səfirliyinin qarşısında bir dəfə Quran yandıracağam.

Mən elan edəcəm ki, bu, Ərdoğanın günahıdır. O, İsveçin NATO-da olmasını istəmir, amma mən ona ifadə azadlığını öyrədəcəm”.

Qeyd edək ki, İsveçdə belə bir çirkin hərəkəti həyata keçirmək üçün polisin icazəsi tələb olunur, lakin Danimarkada icazə tələb olunmur və səlahiyyətlilərə yalnız 24 saat əvvəl xəbər verilməlidir.

Xatırladaq ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında ekstremist qrupun Quranı yandırmasına Türkiyə, İran, İordaniya, Misir kimi İslam ölkələri sərt reaksiya verib.

İsveç polisinin sözçüsü İslam əleyhinə aksiyada Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının qurucusu Rasmus Paludana Türkiyə səfirliyi qarşısında yürüş zamanı Qurani-Kərimi yandırmağa icazə verdiyini açıqlayıb.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18