Pakistanda bir günlük matəm elan edilib

Pakistanda bir günlük matəm elan edilib
Yayınlanma tarixi: 31.01.2023 17:16:58

Pakistanın Hayber Paxtunxva əyalətində dünən günorta namazı zamanı məscidə edilən terror hücumunda həyatını itirənlərin sayı 93-ə yüksəlib.

İslamazeri.com xəbər verir ki, Xeybər Paxtunxva hökuməti bütün ştatda matəm günü elan edib.

Xeybər Paxtunxva valisi Qulam Əli bildirib ki, terrorçunun bomba ilə məscidə necə girdiyi araşdırmalar nəticəsində aydınlaşacaq. O, bunun təhlükəsizlik xətası olduğunu təsdiqləyib.

Pişəvərdəki xəstəxananın sözçüsü Məhəmməd Asim bu gün həyatını itirənlərin əksəriyyətinin hücumda ağır yaralanan polislər olduğunu açıqlayıb.

Pişəvər polis rəisi Məhəmməd İcaz Xan partlayışdan sonra məscidin damının uçduğunu və dağıntılar altında qalanların xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

Xan bildirib ki, o, bombanın regional təhlükəsizlik və terrorla mübarizə bölməsi ilə eyni kampusda yerləşən məscidə necə yerləşdirildiyini araşdırır.

Qeyd edək ki, Pakistan Talibanının (TTP) üzərinə götürdüyü hücumun xarici işlər naziri Bilaval Bhutto Zərdarinin Rusiyada səfərdə olarkən baş verməsi diqqət çəkib.

GÜNÜN MANŞETLERİ