Ötən sutka 39 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Ötən sutka 39 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Yayınlanma tarixi: 2.05.2023 12:45:32

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

İslamazeri.com FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində “VAZ 21-07” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan 1 nəfər xilas edilib, xəsarət alan 1 nəfər sərnişinə ilkin yardım göstərilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

GÜNÜN MANŞETLERİ